Almaniyanın hərbi gəmisi Norveç sahillərində yandı - SƏBƏB

Almaniya donanmasının hərbi təlimlərində xoşagəlməz hadisə qeydə alınıb.

APA TV-nin "The Defense Daily"yə istinadən məlumatına görə, freqatlardan birində yanğın baş verib.

Hərbi gəmidə baş verən yanğına səbəb təlim zamanı buraxılan raketlərdən birinin uğursuz sınağı olub.

Nəticədə iki nəfər xəsarət alıb.

Qəza "F124 Sachsen" freqatında, Norveç sahillərində keçirilən təlim zamanı qeydə alınıb.

Xatırladaq ki, Almaniya ordusunda analoji hal bir həftə öncə də baş verib. ABŞ istehsalı olan SM-2 zenit-raketi havaya buraxılan zaman partlamışdı.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR