Qaxda dəhşətli qəza: 2 ölü, 8 yaralı

Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin məlumatına görə, hadisə bu gün səhər saat 10:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Qax rayonunun Tanqıt kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Zaqatala-Mingəçevir marşrutu ilə hərəkət edən mikroavtobus sürücünün idarəetməni itirməsi səbəbindən yoldan çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Nəticədə 1976-cı il təvəllüdlü sürücü, Zaqatala rayonunun Qanqax kənd sakini İlkin Haqverdi oğlu Əliyev  hadisə yerində ölüb.


Mikroavtobusda olan sərnişinlərdən Zaqatala rayon sakini, 54 yaşlı Rahilə Mikayılova, Mingəçevir şəhər sakini, 1982-ci il təvəllüdlü Nigar Şaban qızı Sarıyeva, Mingəçevir şəhər sakini, 1985-ci il təvəllüdlü Mələk Səməd qızı Həmzəyeva, onun iki azyaşlı qızı - 2014-cü il təvəllüdlü Əlifnur və 2017-ci il təvəllüdlü Əsmanur Samir qızı Həmzəyevalar, Tərtər rayon sakini, 1958-ci il təvəllüdlü Səltənət Həsənova, Zaqatala rayon sakini, 1979-cu il təvəllüdlü Günel Eldar qızı Cəfərova, Mingəçevir şəhər sakini, 1996-cı il təvəllüdlü Nuranə Rövşən qızı Nadirli və Şəki rayon sakini, 1996-cı il təvəllüdlü Günay Telman qızı Babayeva aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.


Yaralılardan Rahilə Mikayılova xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. 

 

Mingəçevir sakinləri olan Mələk Həmzəyeva və onun iki azyaşlı qızı xəstəxanada ilkin yardım göstərildikdən sonra müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.


Nigar Sarıyevanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir. Yaralılardan 4 nəfərin müayinə və müalicəsi xəstəxananın cərrahiyə şöbəsində aparılır.


Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR