Mingəçevirdə dəhşət: ər keçmiş arvadını məhkəmə zalında öldürdü - TƏFƏRRÜAT
Mingəçevir şəhərində kişi keçmiş arvadını bıçaqlayaraq qətlə yetirib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Mingəçevir Şəhər Məhkəməsində, məhkəmə zalında olub.
Şəhər sakini, 1981-ci il təvəllüdlü Xalid Arif oğlu Əliyev məhkəmə prosesi zamanı hakimin gözü qarşısında keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Təranə Fərmail qızı Nəbiyevaya hücum edərək üzərində gəzdirdiyi bıçaqla onun baş, boğaz və ürək nahiyəsindən bıçaq xəsarətləri yetirib.
Ər və arvad 4 il əvvəl boşanıb və bir uşağı olan qadın alimentin artırılması üçün məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı qadın və kişi arasında mübahisə yaranıb.
Qadın ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:50
478
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
463
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
510
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1012
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
951
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1048