Meyiti Kürdən çıxarılan gəncin atası: "Bu onların işidir"
Sabirabadda 25 gün əvvəl itkin düşən 22 yaşlı gəncin meyiti sudan çıxarılıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Kür çayının Azadkənd kəndi ərazisindən keçən hissəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc axtarış qrupu tərəfindən kişi meyiti aşkarlanıb.
Meyit dalğıc axtarış qrupu tərəfindən çıxarılaraq Şirvan şəhər morquna təhvil verilib.
Qeyd edək ki, meyitin müayinəsi zamanı onun iyunun 4-də itkin düşən 1996-cı il təvəllüdlü, Sabirabad rayonunun Dadaşbəyli kənd sakini, Xancan Malik oğlu Osmanova məxsus olduğu məlum olub. Meyitə baxış zamanı yaxınları tərəfindən onun Xancan Osmanova məxsus olduğu təsdiqlənib: "Bayramlı qəsəbə sakinlərinin Xancana borcu var idi. Bezdirmişdilər onu. Xancan borcunu istəyirdi, onlar isə qaytarmırdı. Axırda dedilər ki, borcu vermirik. Yəqin Xancan da bezib özünü Kürə atıb intihar etdi. Bəlkə də onların işidir".
Faktla bağlı Sabirabad prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq