Hindistan İrandan neft idxalını dayandırır - DEHLİ ABŞ-DAN ÇƏKİNDİ
Hindistanın Neft Nazirliyi ölkədəki emal müəssisələrinə noyabrdan etibarən İrandan "qara qızıl" idxalını məhdudlaşdırmağı tapşırıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, rəsmi Dehli bu addımı ilə Vaşinqtonun tələbinə riayət edib.
Hindistan hökuməti bu ziddiyyətli qərarı ABŞ-ın İrana qarşı sanksiyalarına riayət etməyəcəyi ilə bağlı bəzi ölkə rəsmilərinin bəyanatından sonra verib. Ehtimal olunur ki, bu, rəsmi Vaşinqtonun sərt sanksiyalarından yayınmaq məqsədi daşıyır.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti rəsmi Tehranın "neft müştərilərinə" noyabrdan etibarən bu ölkədən "qara qızıl"ın idxalını dayandırmağı tapşırıb. Bu göstəriş ABŞ prezidenti Donald Trampın nüvə razılaşmasından imtina etməsi və bu ölkəyə qarşı sanksiyalar qərarının ardınca verilib.
Sözü gedən sanksiyalar avqustun 6-dan, neftlə bağlı məhdudiyyətlər isə 4 noyabr tarixindən qüvvəyə minəcək.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq