Kəmaləddin Heydərov Siyəzəndə vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Siyəzən şəhərində vətəndaşları qəbul edib.

 

APA TV-nin şimal bürosunun məlumatına görə, qəbulda Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşan məcburi köçkünlər iştirak ediblər.

 

Vətəndaşların müraciətlərinin bir çoxu yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

 

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR