Bakıda "Taliban" və rəsmi Kabul arasında danışıqlar bitdi - YEKUN AÇIQLAMA
"Əfqanıstan üzrə Beynəlxalq Təmas qrupuna daxil olan dövlətlər bu ölkə üzrə sülh prosesinə tam dəstək verir".
APA TV-nin məlumatına görə, bunu ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini, xanım Alis Uels ölkəmizə səfərinin yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.
O, ölkəsi adından Azərbaycana və Azərbaycan hökumətinə Əfqanıstandakı fəaliyyətinə və hərbi mövcudluğuna görə təşəkkürünü çatdırıb: "Azərbaycan Əfqanıstanın inkişafına dəstək verilməsində müstəsna rol oynayır. Ölkəniz iqtisadi təşəbbüslər baxımından bölgənin ürəyində yerləşir. ABŞ və Azərbaycanın Əfqanıstan məsələsində əməkdaşlığı Azərbaycanla münasibətlərimizin dərinləşməsinə ciddi zəmin yaradan amillərdən biridir. Azərbaycan hökumətinə bu dəstəyi üçün təşəkkür edirik".
ABŞ rəsmisi iyunun 28-də Bakıda keçirilən görüşün Əfqanıstan hakimiyyəti ilə "Taliban" arasında atəşkəs əldə olunandan sonra keçirilən ilk görüş olduğuna diqqət çəkib: "Döyüşçü və ya mülki şəxs olmasından asılı olmayaraq, atəşkəs təşəbbüsü sülhə və sabitliyə səy göstərilməsinin təzahürüdür. ABŞ bu təşəbbüsü dəstəkləyib. Bu yaxınlarda Mayk Pompeo bəyanatla çıxış edərək bildirib ki, ABŞ bu kimi təşəbbüslərə hər zaman dəstək verəcək. Beynəlxalq ictimaiyyətin təmsilçiləri dünən Bakıda keçirilən görüşdə də "Taliban"a sülhün bərqərar olması istiqamətində yardım əlini uzadıb. İndi "Taliban" buna münasibət bildirməlidir".
A.Uels Əfqanıstana yardımlar istiqamətində oynadığı rol və liderliyinə görə prezident İlham Əliyevə təşəkkür edib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq