ABŞ-da hasilat sabitliyi, OPEC daxilində problemlər - NEFT BAHALAŞIR

Neft bazarında qeyri-stabillik davam edir.

 

APA TV-nin məlumatına görə, neft ölkələrində ixracın azalması, yaxud süni maneələr bazarda gərginlik yaradır.


Bütün bunlar "qara qızıl"ın qiymətlərini bahalaşdırır, bahalaşma isə bir neçə səbəbdən qaynaqlanır.

Səbəbləri belə sıralamaq olar:
 

- ABŞ-ın İrana qarşı mövqeyini daha da ciddiləşdirməsi OPEC-in üçüncü ən böyük neft ixracatçısı olan bu ölkənin bazara məhsul çıxarmasını dayandıra bilər
 

- ABŞ-da xam neft ehtiyatları minimuma enib
 

- Kanadada neft hasilatında problemlər yaranıb
 

- Liviyada siyasi gərginlik davam edir
 

- Venesuelada inflyasiya səbəbindən ixracat azalıb
 

- OPEC-in İran və Venesueladan qaynaqlanan kəsiri aradan qaldırmayacağı ehtimalı

 

Qeyd olunan səbəblər stabil olmasa da, qiymətləri körükləyir.

"Brent" markalı neftin dəyəri dünən axşam saatlarından bahalaşaraq 78 dolları keçib. Sonra yenidən 77,61 dollara qədər ucuzlaşıb.
 

Qərbi Texas markası daha ciddi - 1 dollar 40 sent bahalaşıb. WTI nefti bahalaşmadan sonra nisbətən ucuzlaşaraq 73,33 dollardan təklif olunur. İki marka arasında fərq isə getdikcə azalır.

Bu, ABŞ neftinin bazara daha stabil çıxarılmasından və OPEC ölkələrində bitməyən problemlərdən qaynaqlanır.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR