Göyçayda maşın ağaca çırpıldı, 20 yaşlı gənc öldü
Göyçayda bir nəfərin ölümü, 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə hadisə ötən gecə saat 01:00 radələrində Göyçay-Ucar avtomobil yolunda, Cəyirli kəndi ərazisində qeydə alınıb.
"VAZ-2107" markalı minik avtomobili sürətlə hərəkətdə olarkən qarşısına çıxan iti vurduqdan sonra idarəetməni itirməsi səbəbindən ağaca çırpılıb. Hadisə zamanı sürücü, rayonun Ləkçiplaq kənd sakini, 1998-ci il təvəllüdlü Sabir Seyidov, sərnişinləri - 1998-ci il təvəllüdlü Rüstəm Həmidov və Əfsər Rəhimov ağır bədən xəsarətləri alıb. Yaralılar təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasının travmatologiya və cərrahiyyə şöbələrinə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Rüstəm Həmidov dünyasını dəyişib, digər yaralıların vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən aşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq