Türkiyədə terror ola bilər - ABŞ VƏTƏNDAŞLARINA XƏBƏRDARLIQ ETDİ
ABŞ Dövlət Departamenti növbəti dəfə öz vətəndaşlarına Türkiyəyə getməməyi tövsiyə edib. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.
Qeyd edək ki, ABŞ vətəndaşlarına xəbərdarlıq bundan əvvəl də yanvarın 10-da edilmişdi. Lakin budəfəki xəbərdarlıqda yeni səbəblər yer alıb: “Terror və qanunsuz saxlanılmalar təhlükəsi olduğundan Türkiyəyə səfərə çıxmamağı tövsiyə edirik”.
Dövlət Departamenti ABŞ vətəndaşlarına, xüsusən Türkiyə-Suriya sərhədinə və ölkənin 15 cənub-şərq əyalətlərinə səfər etməməyi məsləhət görüb.
Tövsiyəyə baxmayaraq, Türkiyəyə səfər edənlərə əcnəbilərin daha çox olduğu yerlərdən, aksiyalar keçirilən ərazilərdən uzaq olmaq, təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğu otellərə üstünlük vermək də çatdırılıb.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq