Bakıda "KamAZ"la minik avtomobili toqquşdu - YOLDA SIXLIQ OLUB

Axşam saatlarında Bakının Binəqədi rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Yük maşını ilə minik avtomobili toqquşub.

 

APA TV-nin məlumatına görə, yol qəzası Ziya Bünyadov prospektində qeydə alınıb. "Kia" markalı avtomobilin sürücüsü metronun "Koroğlu" stansiyası istiqamətində hərəkətdə olan zaman qarşısındakı digər avtomobilin də dayanması səbəbindən əyləci sıxıb. Ancaq arxadan gələn "KamAZ" markalı yük maşınının sürücüsü ara məsafəsi az olduğundan nəqliyyat vasitəsini vaxtında saxlaya bilməyib və qəza törədib. Nəticədə "Kia"nın sürücüsü yüngül xəsarət alıb. Ona yerində yardım göstərilib.

 

Avtoqəzanın səbəblərini Binəqədi polisi araşdırır. Polis yoxlamaları zamanı "KamAZ"ı idarə edən sürücünün bunun üçün müfaviq sürücülük vəsiqəsinin olmadığı üzə çıxıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR