Göyçay sakini saxlanıldı - KÜLLİ MİQDARDA NARKOTİKLƏ

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində şübhəli şəxs qismində saxlanılan rayonun Ərəbcəbirli kənd sakini Kamil Qəndəliyevdən çəkisi 3,48 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Evin həyətyanı sahəsindəki tikilidən isə çəkisi 485 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.

 

Qeyd edək ki, Kamil Qəndəliyev əvvəllər də narkotik vasitələrin qanunsuz saxlanılmasına görə məhkumluq həyatı yaşayıb. O, ötən il azadlığa çıxsa da, yenidən eyni əmələ görə həbs edilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR