ETSN-dən sosial aksiya: əhaliyə pulsuz eko-çantalar paylandı

Plastik qablar və polietilen torbalar insan sağlamlığına, eləcə də ekoloji vəziyyətə ciddi zərər vurur. Dünyanın bir çox ölkələrində bununla bağlı addımlar atılır. Məsələn, 40 ölkədə plastik qablardan istifadə qadağan edilib və ya məhdudlaşdırılıb.

 

APA TV-nin məlumatına görə, Azərbaycanda da plastik qablardan və polietilen torbalardan istifadənin məhdudlaşdırılmasına başlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bununla bağlı təşəbbüs irəli sürüb. İlk mərhələdə paytaxtın iki marketində “Yaşıl fikirlə sağlam gələcəyə” adlı sosial aksiya keçirilib, əhaliyə pulsuz eko-çantalar paylanıb.

 

ETSN-in əməkdaşı İmran Əbdülov bildirib ki, aksiyanın məqsədi polietilen torbalardan istifadəni məhdudlaşdırmaq və eko-çantalardan istifadəni genişləndirməkdir: “Polietilen materialların əsas zərəri ondan ibarətdir ki, onlar təbiətdə çürümür. Bioresurslara mənfi təsir göstərir, onların məhvinə gətirib çıxarır. Eyni zamanda, plastik qablar birdəfəlik istifadə üçün nəzərdə tutulsa da, bəzən o qablardan bir neçə dəfə istifadə olunur. Bu da öz növbəsində insan sağlamlığına mənfi təsir göstərir”.

 

Alıcılar bu təşəbbüsü yüksək qiymətləndirir.

 

Aksiyada “Eco Baku” QHT-nin sədri Sarita Vaid da iştirak edib: “Biz plastikə “yox” deyə bilərik. Dünyanın bir çox ölkələrində artıq plastik torbalardan imtina olunub. ETSN-in bu təşəbbüsünü alqışlayıram”.

 

Qeyd edək ki, aksiya davamlı olacaq və eko-çantalar əhaliyə pulsuz paylanacaq.

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR