Ermənilər Ağdamda yanğın törətdi, alov təmas xəttini keçdi
Ermənistan silahlı qüvvələri işğal altında olan Azərbaycan torpaqlarında növbəti dəfə yanğın törədiblər.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, səhər saatlarında Ağdamın işğal altında olan Kəngərli kəndində başlayan yanğın günorta saatlarında qoşunların qarşıdurma xəttini keçərək cəbhə kəndlərinə yaxınlaşıb.
Çəmənli kəndi ərazisində isə alovun daha geniş miqyas alması müşahidə olunub. Kənd sakinləri alovun ən çox zərər vura biləcəyi taxıl zəmisinin sahibləri Elman Şahverdiyev və Rəşadət İsgəndərova köməyə gəliblər.
Sakinlər 3 saat ərzində alovun taxıl zəmisinə keçməsinin qarşısını ala biliblər. Lakin zəmi hələ də təhlükə altındadır. Çünki qarşı tərəfdə olan erməni əsgərlərinin hər an taxıl zəmilərini yandırıcı güllələrlə yandırma ehtimalı var.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq