Lənkəranda 47 yaşlı kişini maşın vurdu

Lənkəranda piyadanı avtomobil vurub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

 

Qəza nəticəsində bir nəfər xəsarət alıb. 10 CD 620 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən Kərgəlan kənd sakini, 47 yaşlı Zaur Əliyevi vuraraq ona xəsarət yetirib.

 

Xəsarət alan piyada sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zaur Əliyevə xəstəxananın travmatologiya şöbəsində yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elnur Ələkbərov

OXŞAR XƏBƏRLƏR