Şabran sakinindən 2,5 kq-dan çox çətənə götürüldü
Şabran sakinindən külli miqdarda narkotik tərkibli bitki aşkar edilərək götürülüb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsi və Şabran Xətt Polis Məntəqəsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində Şabran rayon sakini Telman Alışovun yaşadığı evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.
Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan yaş çəkisi 2 kiloqram 525 qram təşkil edən 15 ədəd çətənə kolu və sellofan torbada ümumi çəkisi 70 qram olan qurudulmuş marixuana aşkar olunub. Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.
Dindirilmə zamanı həmin şəxs çətənə kollarını may ayında əkdiyini və şəxsi istifadəsi üçün becərdiyini bildirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq