Ölümə səbəb olub hadisə yerindən qaçan sərxoş sürücü tutuldu - ZAQATALADA
Zaqatalada ölümlə nəticələnən qəza törədərək hadisə yerindən qaçan sərxoş sürücü tutulub.
APA TV-nin yerli bürosunun məlumatına görə, iyunun 27-də gecə saat 03:00 radələrində Zaqatala rayonunun Əliabad qəsəbə sakini, 1986-cı il təvəllüdlü Güloğlan Ömər oğlu Alxasov idarə etdiyi “VAZ-2106” markalı 55 BC 910 dövlət nömrə nişanlı minik avtomobili ilə rayonun Mosul kəndindən Əliabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı işıq dirəyinə vurub.
Qəzadan sonra sürücü Güloğlan Alxasov hadisə yerindən qaçıb. Avtomobildə olan sərnişinlərdən rayonun Əliabad qəsəbə sakini, 1993-cü il təvəllüdlü Uluxan Abdurahman oğlu Məmmədov hadisə yerində dünyasını dəyişib. Digər sərnişin, Əliabad qəsəbə sakini, 1990-cı il təvəllüdlü Fəridə Möhüddün qızı Məmmədova isə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının (MRX) cərrahiyə şöbəsinə yerləşdirilib:
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Güloğlan Alxasov tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq