Yoldan çıxaraq hasara çırpıldı, YANARAQ KÜLƏ DÖNDÜ - QƏZA
Zaqatalada avtomobilin yanması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə rayonun Sumaylı kəndi ərazisində qeydə alınıb. Rayon sakini Məmmədov Rahib Soltan oğlu idarə etdiyi “VAZ 2101” markalı avtomobillə Sumaylı kəndi ərazisində hərəkətdə olarkən avtomobilin idarəetməsini itirərək maşını yolun kənarındakı dəmir hasara vurub. Qəza nəticəsində sürücü Rahib Məmmədov heç bir xəsarət almasa da, qəzadan sonra avtomobildə qəfildən yanma baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.Yanğın nəticəsində “VAZ 2101” markalı avtomobilin yanar konustruksiyaları yanaraq avtomobil yararsız hala düşüb. Fakla bağlı Zaqatala rayon Polis Şöbəsində və FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi