Masallıda 25 yaşlı gənc qonşusunu bıçaqladı

Masallıda qonşular arasında düşən mübahisə bıçaqlanma ilə nəticələnib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Ərkivan qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini, 25 yaşlı Ruslan Abdullayev 21 yaşlı qonşusu Xəyyam Fərziyevlə mübahisə edib. Mübahisə zamanı Ruslan Abdullayev Xəyyam Fərziyevi bıçaqlayaraq onu ağır yaralayıb. Yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək müvafiq yardım göstərilib.

 

Hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Elnur Ələkbərov

OXŞAR XƏBƏRLƏR