Pentaqon Menbiçdə olan ABŞ əsgərlərinin görüntülərini yaydı

Pentaqon Menbiçdə olan ABŞ əsgərlərinin görüntülərini paylaşıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyə ilə birgə Menbiçdə  hərbi əməliyyatlar keçirən Pentaqon bununla bağlı ilk fotoları mətbuata təqdim edib.

 

Fotolarda ABŞ əsgərlərinin Türkiyə Silahlı Qüvvələrinə (TSQ) məxsus zirehli texnikanı izlədiyi görünür. Hər iki ölkənin hərbçiləri paralel şəkildə bölgədə əməliyyatlar aparsalar da, atacaqları addımlar barədə koordinasiyalı şəkildə bir-birini xəbərdar edirlər.

 

Hərbi əməliyyatların davam etdiyi bir vaxtda isə ABŞ prezidenti Donald Trampın İŞİD-lə mübarizə üzrə şəxsi nümayəndəsi Bret MakQark yazılı açıqlama verib: "NATO və koalisiya müttəfiqimiz Türkiyə ilə birlikdə bölgədə və özəlliklə Menbiç yaxınlığında başladığımız əməliyyatları məmnunluqla qarşılayırıq. Türkiyə ilə bir yol xəritəsi yaratmışıq. Onlarla danışıqlarımız müsbət nəticəli və ürəkdən oldu. Davamlı olmasını arzu edirik. Müttəfiqlik üçün minnətdarıq".


Qeyd edək ki, Türkiyə ABŞ-la birgə Menbiç əməliyyatına 18 iyun tarixindən start verib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR