ABŞ-Səudiyyə Ərəbistanı qarşıdurması nefti bahalaşdırır

ABŞ-ın xam neft ehtiyatlarında ötən həftə 2016-cı ildən bu yana ən böyük azalma qeydə alınıb

 

APA TV-nin məlumatına görə, ehtiyatlar 9,89 milyon barel azalıb.

Rəqəmi Enerji İnformasiya İdarəsi açıqlayıb. Qurumun digər açıqlamasına görə, ölkənin neft ixracı 3 milyon barellə rekord səviyyəyə çatıb.
 

ABŞ prezidenti Donald Tramp və komandası OPEC-in ən böyük üçüncü neft ixracatçısı İrandan neft alınmasına qarşı mübarizə aparır. Adı çəkilən ölkəyə qarşı həyata keçirilən tədbirlər Səudiyyə Ərəbistanının istehsalı artırmaqla İran və Venesueladan qaynaqlanan kəsiri aradan qaldırmaq siyasətini effektsiz edir.

 

Bu səbəblər isə nefti bahalaşdırır.

"Brent" nefti sutka ərzində 78 dollara qədər bahalaşıb və bir bareli hazırda 77,29 dollardan satılır. Qərbi Texas markası da ciddi dəyər qazanıb. WTI nefti səhər seanslarında 72,50 dollardan təklif olunub. İki marka arasında fərq 5 dollardan da aşağı düşüb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR