Tramp: "Putinlə Helsinkidə görüşə bilərik"
"Vladimir Putinlə görüşümüz Helsinkidə baş tuta bilər". APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
Onun sözlərinə görə, görüş özünün də iştirak edəcəyi NATO-nun 11-12 iyul sammitindən sonra, Finlandiya paytaxtında keçirilə bilər.
D.Tramp bildirib ki, Rusiya lideri ilə Suriya və Ukraynadakı vəziyyəti müzakirə etmək niyyətindədir.
ABŞ-ın vitse-prezidenti Maykl Pens isə "Bloomberg" agentliyinə müsahibəsində həmçinin liderlərin iqtisadi əlaqələrə, eləcə də Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə məsələsinə toxunacaqlarını qeyd edib.
Öz növbəsində dövlət katibi Mayk Pompeo D.Trampın Minsk razılaşmalarının yerinə yetirilməsindən asılı olmayaraq Rusiyanın "G7"yə qayıdacağına əmin olduğunu vurğulayıb. Əlavə edib ki, Rusiyanın mühüm geostrateji müzakirələrdə iştirakı qaçılmazdır.
Bununla belə, o, Rusiyaya qarşı sanksiyaların qüvvədə qalmasının əhəmiyyətini, Avropa ölkələrinin də bunun vacibliyini dərk etməli olduğunu deyib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq