Bakıda güclü yanğın oldu - ŞİRNİYYAT SEXİNDƏ
Bakının Nizami rayonunda konditer sexində güclü yanğın baş verib. APA TV-nin məlumatına görə, hadisə Əli Vəliyev küçəsi, 7 A ünvanında qeydə alınıb.
Hadisə zamanı bir-birinə bitişik yerləşən bir neçə şirniyyat sexi yanıb. Yanğın əvvəlcə sexlərin birindən başlayıb və sonradan digərlərinə də keçib. Həmin vaxt sexlərdə heç kimin olmadığı bildirilir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğın Mühafizə Xidmətinin canlı qüvvə və 9 texnikası cəlb olunub. Tez bir zamanda yanğın lokallaşdırılıb.
Hadisənin dəqiq səbəbləri bilinməsə də, ilkin ehtimal olaraq elektrik naqillərindəki qısaqapanmadan qaynaqlındığı deyilir. Təhlükəsizlik məqsədi ilə yaxınlıqdakı yaşayış binalarına elektrik enerjisinin verilişi də müvəqqəti dayandırılıb.
OXŞAR XƏBƏRLƏR
14:50
541
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
524
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
570
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1017
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
956
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1053