Bakı sakini dənizdə batdı - PİRALLAHIDA

Bakıda 40 yaşlı kişi dənizdə boğulub. APA TV-nin FHN-in saytına istinadən verdiyi məlumata görə, həmin şəxs Bakının Pirallahı rayonunda batıb.

 

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1978-ci il təvəllüdlü Liftov Aleksandr Nikolayeviçin Bakı şəhəri, Pirallahı rayonunda dənizdə batması barədə məlumat daxil olub.

 

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Aparılan axtarış işləri nəticəsində dənizdə batmış A.Liftovun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR