Şəmkirdə biçilməmiş zəmi külə döndü - 2 HEKTAR ƏRAZİDƏ

Şəmkir rayonunda taxıl sahəsində yanğın olub. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Mahmudlu kəndində baş verib.

 

Kənd sakinlərindən birinə məxsus olan taxıl sahəsində baş vermiş yanğını söndürmək üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Yanğından Mühafizə Xidmətindən 1, Şəmkir Rayon Yanğından Mühafizə Xidmətindən isə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Nəticədə 4 hektar biçilməmiş taxıl sahəsinin 2 hektarı yanıb.

 

Rayonun Yuxarı Seyfəli kəndində dağ ərazisində kol-kos və quru ot sahəsində də yanğın baş verib. Rayona Gəncə şəhərindən 1 yanğınsöndürən maşın köməyə göndərilib. Məlumata görə, hadisə zamanı 17 meyvə ağacı da yanıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR