Ağdamın cəbhə kəndində atelye açılıb
Ağdamın cəbhə kəndində əkin sahələrində çalışan qadınların iqtisadi imkanlarını yaxşılaşdırmaq üçün yeni layihələr həyata keçirilir.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti tərəfindən icra olunan layihədən zərif cinsin nümayəndələri yararlanacaq.
“Kənd Qadınlarının Gücləndirilməsi” layihəsi çərçivəsində Ağdamın cəbhə xəttində yerləşən Zəngişalı kəndində tikiş atelyesi istifadəyə verilib. İlkin olaraq 13 qadının ərsəyə gətirdiyi atelyenin hədəfi qadınlar arasında işsizliyin aradan qaldırılması və gələcəkdə yeni açdıqları iş yerinin böyük fabriklərə çevirməkdir.
Atelyedə çalışan qadınlar artıq ilk əl işlərini satışa çıxarıblar.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq