Azərbaycanın xarici işlər nazirinin müavini Ermənistandadır

Ermənistan paytaxtında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin XİN rəhbərlərinin görüşü keçirilib.

 

APA TV-nin məlumatına görə, Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bildirib ki, QDİƏT-ə sədrlik rotasiya qaydasında Ermənistandan Azərbaycana keçib.

 

"Bu gün İrəvanda keçirilən QDİƏT Xarici İşlər Nazirləri Şurasının 38-ci iclasında quruma sədrlik Ermənistandan Azərbaycana keçib. Azərbaycan QDİƏT-ə 2018-ci ilin iyul ayından dekabr ayına kimi sədrlik edəcək" - deyə, o vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycanı görüşdə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR