4 ərəb ölkəsi Qətəri Haaqa Tribunalına verdi - BMT-YƏ MÜRACİƏT EDİLDİ

Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misir Qətəri Haaqa Tribunalına verib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, adı çəkilən dövlətlər rəsmi Dohanı onların daxil işinə qarışmaqda, habelə terrorizmi dəstəkləməkdə ittiham edib. Onlar Beynəlxalq Mülki Aviasiya Təşkilatını Qətər dövlətinə qarşı hər hansı tədbir görməməkdə də ittiham edib.

 

Bildirilib ki, məhkəmənin qərarınadək bu ölkələrin hava məkanı Dohadan istiqamətlənən təyyarələr üçün bağlı olacaq.

 

Bundan əlavə, BƏƏ və Qətər mübahisəli məsələlərin həlli üçün BMT Təhlükəsizlik Şurasına (TŞ) müraciət edib.

 

Xatırladaq ki, Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ Qətəri terrorçuluğu dəstəkləməkdə ittiham edərək, 2017-ci ilin yayında bu ölkə ilə diplomatik əlaqələrə son qoyub. Qətər isə ölkəyə qarşı yönələn ittihamları rədd edir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR