Temperatur 40 dərəcəni keçəcək
Bakıda və Abşeron yarımadasında iyunun 28-də hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 33-38 dərəcə, Bakıda gecə 22-24, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində iyunun 28-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 28-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 36-41 dərəcə, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 28-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti, gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq