Tramp 5 müsəlman ölkəsinə qadağa qoydu - ABŞ-A GİRİŞƏ STOP
Donald Trampın "səyahət qadağası" adlı qanun layihəsi qəbul edilib.
APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, ABŞ Ali Məhkəməsinin hakimləri arasında keçirilən səsvermədən sonra qanun layihəsi səs çoxluğu ilə qüvvəyə minib.
Layihəyə əsasən, artıq ABŞ-a səyahət etmək üçün tələb olunan şərtlər kəskin sərtləşdiriləcək. 5-i müsəlman olmaqla 7 ölkənin vətəndaşının isə bəzi hallar istisna olmaqla ABŞ-a girişi tam qadağan olunacaq. Siyahıda İran, Suriya, Livan, Yəmən və Somali ilə yanaşı Şimali Koreya və Venesuela da yer alır.
Bunu ABŞ xalqının qələbəsi kimi qiymətləndirən ölkə prezidenti gələcəkdə lazım gələrsə siyahının genişləndiriləcəyini istisna etməyib.
Qeyd edək ki, artıq qanun layihəsinə qarşı bir çox ştatda etirazlar başlayıb, 17 əyalətdə mitinqlər keçirilir. Ölkənin müsəlman əhalisi Ağ Ev rəhbərinin bu addımını "müsəlman dünyası"na ləkə kimi qiymətləndirir və hakimiyyətin müsəlmanlara qarşı irqçilik mövqeyi tutduğunu vurğulayır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq