Dolların bahalaşması İranı qarışdırdı - POLİSLƏ TOQQUŞMALAR

İqtisadi problemlər və dolların bahalaşmasına görə Tehran sakinləri küçələrə axışıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, paytaxtda etirazlara kiçik sahibkarlar qoşulub.  

İnsanlar "10 min tümənə dollar istəmirik", "Suriyanı burax, bizim vəziyyətə bax" kimi şüarlar səsləndirib. Yolları bağlayan etirazçılar İran parlamentinə doğru hərəkət edib. Aksiya iştirakçılarının məclisə yaxınlaşdıqda polis müdaxilə edib, gözyaşardıcı qazdan istifadə olunub. Müdaxiləyə cavab olaraq insanlar polis motosikletlərinə od vurub.

 

İran parlamenti sədrinin köməkçisi Məsud Pizişkiyan fövqəladə vəziyyət elan edilməsi və ölkənin vilayət sistemi ilə idarə olunması üçün çağırış edib.

 

Qeyd edək ki, ölkədəki iqtisadi vəziyyətə görə, ötən ilin dekabrında da ciddi etirazlar baş verib. Həmin hadisələr zamanı 25 nəfər ölmüş, 5 min nəfər saxlanılmışdı.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR