İsrail parlamenti "erməni soyqırımı" məsələsini gündəlikdən çıxardı

Knessetdə qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsi müzakirə olunmayacaq.

APA TV-nin Türkiyə  mətbuatına istinadən məlumatına görə, 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanımaq haqqında qanunun müzakirəsi bir müddət əvvəl təxirə salınıb və bundan sonra "Meretz" partiyasının lideri Tamar Zandberg dəyişiklik tələbini geri götürüb.

Hazırda İsrail mətbuatı, hökuməti və Xarici İşlər Nazirliyi Knessetdən qanun layihəsində "soyqırım" ifadəsini "faciə" və ya "dəhşət" sözləri ilə əvəz olunmasını tələb edir.

Qeyd edək ki, may ayında Qəzzada baş verən hadisələrdən sonra İsrail ilə Türkiyə arasında gərginlik  artmış, bundan sonra isə Knesset adı çəkilən qanun layihəsini gündəmə daxil etmişdi.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR