Husilərin yeni taktikası - YƏMƏNDƏ DİNC SAKİNLƏR BOMBALANIR

Yəməndə husilərlə koalisiya qüvvələri arasında döyüşlər davam edir.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Hodeydah əyalətində davam edən hərbi əməliyyatlar nəticəsində koalisiya qüvvələri dinc sakinlərin məskunlaşdığı bölgələri atəşə tutub. Nəticədə 9 nəfər ölüb, 11 yaralı var.

 

Cərrahi qəsəbəsində avtomobil karvanına edilən hücumda husilər hədəfə alınsa da, aviazərbələrdən sonra ölənlərin yerli vətəndaşlar olduğu müəyyən olunub. Husilərin gizlənmək üçün mülki maşınlardan istifadə etməsi onların yerinin müəyyən olunmasında çətinliklər yaradır.

 

Qeyd edək ki, bundan öncə keçirilən əməliyyatlarda Yəmən ordusu Səudiyyə Ərəbistanın dəstəyi ilə Hodeydah hava limanını ələ keçirib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR