ABŞ-ın israrı, Səudiyyənin iyul planı, OPEC-in effektsiz qərarı - NEFT BAHALAŞIR

ABŞ-ın müttəfiqlərinə İrandan neft alışına noyabra qədər son qoymaları ilə  bağlı təzyiqi və özəl sektorun hesabatının ölkədə ehtiyatların azaldığını göstərməsindən sonra xam neftin qiymətləri ciddi bahalaşıb.

 

APA TV-nin məlumatına görə, ABŞ Xəzinə Nazirliyi müttəfiq ölkələr və şirkətlərdən noyabrın 4-ə qədər İrandan neft idxalını dayandırmalarını istəyib. Ehtiyatların isə 2,3 milyon barel azaldığı qeyd olunur.

 

Qiymətləri bahalaşdıran digər səbəb OPEC-in istehsalı artırmaqla bağlı son qərarının Venesuela və İrandan qaynaqlanan kəsiri doldura bilməyəcəyi ehtimalıdır. Mütəxəssislər belə düşünür.

Səudiyyə Ərəbistanı gələn ay rekord miqdarda neft istehsal etməyə cəhd edəcək. Amma bunun da bazarda ciddi bolluq yaratmayacağı qeyd olunur. Digər tərəfdən ABŞ-da ehtiyatlar keçən ilə nisbətən sürətlə azalır. Bu vəziyyət bazarda narahatlıq yaradır və qiymətlərin yüksəlməsinə səbəb olur.

 

"Brent" markalı neftin bir bareli iki dollara qədər bahalaşaraq hazırda 76,36 dollardan satılır. Qərbi Texas markası isə daha çox bahalaşıb - 2 dollar 55 sent. Beləliklə, WTI neftinin qiyməti iyun ayı ərzində ilk dəfə 70 dolları keçərək 70,77 dollardan təklif olunur.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR