Tovuz sakini qohumunu bıçaqladı - VƏZİYYƏTİ AĞIRDIR

Tovuz rayon sakini bıçaqlanıb. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə rayonun Əlibəyli kəndində baş verib.

 

Kənd sakini, 1970-ci il təvəllüdlü Bayramov İlqar Səməd oğlu bıçaq yaraları ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

İlkin məlumata görə, İ.Bayramov münaqişə zəminində qohumu tərəfindən bıçaqlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR