"Mavi balina" oyunu Azərbaycanda daha bir yeniyetmənin həyatına son qoydu
Tovuzda 14 yaşlı oğlanın intihar təfərrüatları məlum olub. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, rayonun Əlimərdanlı kəndində yaşayan 2004-cü il təvəllüdlü Heydər Mahmud oğlu Yusifovun meyiti yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkar edilib. Faktla bağlı rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
Əlimərdanlı kənd bələdiyyəsinin sədri Şirin Əhmədov 8-ci sinif şagirdinin kompüter oyunlarına aludə olduğunu bildirib. O qeyd edib ki, 14 yaşlı şagirdin oyun oynadıqdan sonra intihar etdiyi ehtimal olunur.
İntihar edən gəncin atası Mahmud Yusifov bildirib ki, oğlu telefonla oyunlar oynamağa son dərəcə aludə imiş:
"Nə vaxt baxırdımsa, əlində telefonla oynayır. Gecə iki, üç, fərqi yoxdur. İntihar xəbərini eşidəndə ayağa qalxa bilmədim. Balaca bacısı anası ilə birlikdə həyətə çıxdı. Uşaq anasına deyib ki, oraları təmizlə, əmim bizə gələcək. Anası getdikdən sonra nə isə fikirləşib kəndiri çıxarıb boğazına keçirib. Gördüm səs gəlir, birtəhər sürünüb eşiyə çıxdım. Kəndirdən çıxarmağa gücü çatmırdı, köməyə getdim, gücüm çatmadı. Başqa heç nə olmayıb, bizim evdə o uşağa başqa cür pis münasibət olmayıb".
Şahidlər 14 yaşlı məktəblinin son vaxtlar özünə qapandığını qeyd ediblər.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq