Misir-Səudiyyə oyununu şərh edən aparıcının ürəyi dayandı

Misirli şərhçi milli komandanın oyunundan sonra dünyasını dəyişib.

 

APA TV-nin məlumatına görə, futbol üzrə dünya çempionatında Misir-Səudiyyə Ərəbistanı millilərinin qarşılaşması zamanı idman şərhçisi, sabiq futbolçu Əbdül Rəhim Məhəmməd Neqma dünyasını dəyişib. Qarşılaşma zamanı şərhçinin ürək tutması olub. Oyun Misir millisinin məğlubiyyəti ilə nəticələnib. Şərhçi  oyundan dərhal sonra dünyasını dəyişib.

 

Qeyd edək ki, Rusiyada keçirilən dünya çempionatında Misirin futbol üzrə milli komandası 3 oyunun hamısında məğlub olub.

Müəllif | Apa.Tv
Leyla Behbudlu

OXŞAR XƏBƏRLƏR