Bəşər Əsəd: "Suriyanın kimyəvi silahı yoxdur, bu iddialar uydurmadır"

“Dəməşqin kimyəvi silahı yoxdur. Başqa ölkələr Suriya ərazisinə daxil olmaq üçün bunu bəhanə kimi istifadə edirlər”.

APA TV-nin məlumatına görə, bu fikirləri Suriya prezidenti Bəşər Əsəd Rusiyanın “NTV” kanalına müsahibəsində deyib.

“2013-cü ildən kimyəvi silahımız yoxdur. Amma olsa belə, onu yalnız məğlub olanda istifadə edirlər, müharibədə qalib olanda yox. Hər dəfə biz qalib olanda onlar istifadə etdiyi kimi... Buna görə də belə fikirlər məntiqə uyğun deyil, əksinə, Suriyadakı terrorçulara dəstək olmaq üçün bəhanədir”.

Bəşər Əsəd müsahibəsində Rusiya qoşunlarının Suriya ərazisində olmasını zəruri hesab etdiyini bildirib. Onun sözlərinə görə, bu, “dünya gücləri arasında balansın bərpa olunması” baxımından vacibdir. O, həmçinin, Qərbin müharibədən sonra ölkənin bərpası üçün təklif etdiyi yardımdan da imtina edib. Bəşər Əsəd hesab edir ki, suriyalılar dövlət xəzinəsi və xaricdə yaşayan həmyerlilərin köməyi ilə bunun öhdəsindən gələ bilərlər.

Qeyd edək ki, 7 ildir davam edən müharibədən sonra Suriyanın bərpa olunmasına 350 milyard avro tələb oluna bilər.

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR