İrəvanın mərkəzində atışma: bir nəfər yaralandı

İrəvanın mərkəzində atışma baş verib. APA TV-nin erməni mətbuatına istinadən xəbərinə görə, saat  00:20 radələrində Malati polis bölməsinə Astik xəstəxanasından ağır yaralının gətirildiyi barədə zəng daxil olub. Yaralının kimliyi müəyyənləşsə də, həkimlər onun açıqlama verə biləcək vəziyyətdə olmadığını qeyd ediblər.

Atışmanın baş verdiyi Şaumyan küçəsində odlu silah tapılıb. Polis bölməsindən verilən açıqlamaya görə, silahla başqa bir şəxsin öldürüldüyü də güman edilir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı

OXŞAR XƏBƏRLƏR