Siyəzən sakininin evindən 87 çətənə kolu, 400 qram marixuana götürüldü

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar edilərək götürülüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qara Siyəzən kənd sakini Bədəl Nəzərova məxsus evin həyətyanı sahəsində olan yarımçıq tikilidə xüsusi aqrotexniki qaydada qulluq edilmiş küllü miqdarda narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan yaş çəkisi 11 kiloqram təşkil edən hündürlüyü 20-128 sm olan 87 ədəd çətənə kolu və sellofan torbada ümumi çəkisi 400 qram olan qurudulmuş marixuana aşkar olunub.

 

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı həmin şəxs çətənə kollarını aprel ayında əkildiyini və şəxsi istifadəsi üçün becərdiyini bildirib.

 

Faktla bağlı Siyəzən rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR