Avropa Birliyinin vahid ordusu yaradılır

Avropa Birliyinə daxil olan 9 ölkə vahid ordu qurmaq üçün niyyət protokolu imzalayıblar. APA TV-nin məlumatına görə, "Avropa Müdaxilə Təşəbbüsü" adlanan, böhran vəziyyətlərində hərbi qüvvələri sürətlə hərəkətə keçirməyi nəzərdə tutan niyyət protokolunu Avropa Birliyi Xarici İşlər Nazirləri Şurasının toplantısına qatılan 9 ölkənin müdafiə nazirləri imzalayıb.

Fransanın təşəbbüsü ilə yaradılan vahid ordu layihəsinə Almaniya, Belçika, İngiltərə, Danimarka, Hollandiya, Estoniya, İspaniya və Portuqaliya qoşulublar. Hazırda "Brexit" prosesinə start verməyə hazırlaşan İngiltərənin layihəyə qoşulması maraq doğurur. Ekspertlər hesab edir ki, İngiltərə Avropa Birliyindən çıxdıqdan sonra üzv ölkələrlə hərbi sahədə əməkdaşlığı davam etdirəcək.

Təşəbbüsə qoşulan ölkələrin ayrılıqda keçirəcəyi hərbi əməliyyatlara digər ölkələrin dəstək verməsinə dair xüsusi qərarın qəbul ediləcəyi gözlənilir.

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı

OXŞAR XƏBƏRLƏR