Muharrem İncə mesaj yayımladı: "Bu iş yarımçıq qalmayacaq" - CHP RƏHBƏRLİYİNƏ İSTEFA ÇAĞIRIŞI
Türkiyə prezidentliyinə namizəd Muharrem İncə dünən keçirdiyi mətbuat konfransında məğlubiyyətin səbəblərini açıqladıqdan bir neçə saat sonra "Twitter" sosial şəbəkəsindəki rəsmi hesabından "Bu iş yarımçıq qalmayacaq" deyə mesaj paylaşıb. Seçki mitinqlərindən videonun da əlavə edildiyi mesaj sosial şəbəkələrdə CHP rəhbərliyinə istefa çağırışı kimi dəyərləndirilib.
24 iyun seçkilərindən CHP siyahısı üzrə Elazıqdan millət vəkili seçilən Gürsəl Erol isə açıq mətnlə Kamal Kılıçdaroğlu və partiyanın rəhbər orqanlarını istefaya çağırıb. Millət vəkili bildirib ki, CHP-nin 24 iyun seçkilərindən uğursuzluğa düçar olmasının əsas günahkarı partiya rəhbərliyidir. "Səbəbindən asılı olmayaraq seçkilərdə uğursuz nəticənin günahkarı mövcud partiya rəhbərliyidir. Bu səbəbdən rəhbərliyi istefa verməyə çağırıram. Bu çağırışı edən mərkəz tərəfindən müəyyənləşən, millət vəkilliyi qarantiya olan bir şəxs deyil, Tunceli və Elazıqda seçkilərin qalibi olmuş, partiyanın prinsip və etik dəyərləri ilə siyasətlə məşğul olan millət vəkilidir. Partiyamızın kresloda oturub siyasətlə məşğul olanlara deyil, ölkəni idarə etmək iddiasına sahib mübariz dava adamlarına ehtiyacı var".
Türkiyə mətbuatı CHP elektoratında Kamal Kılçdaroğlunun istefa verməsi, partiya sədri postuna Muharrem İncənin gətirilməsi fikrinin gücləndiyini qeyd edir.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq