"Brent" ucuzlaşdı, WTİ markalı neft bahalaşdı
Birjalarda neftin qiyməti nisbətən ucuzlaşıb. APA TV-nin məlumatına görə, son 24 saat ərzində neftin volatilliyi zəifləyib, qiymətlər 74,66-74,89 dollar arası dəyişib. Səhər seanslarında "Brent" markalı neftin bir bareli 74,68 dollara satılır, Qərbi Texas neftinin bir bareli isə 68,22 dollardan təklif olunur. İki marka arasında qiymət fərqi uzun fasilədən sonra 6,5 dollara enib. Bu bazarda ABŞ-dan qaynaqlanan amillərin güclənməsi, OPEK-in bazara diktə gücünün zəifləməsi, dolların digər valyutalara nisbətən dəyər qazanması ilə izah olunur.
Kanadadan neft nəqlinin texniki səbəblərdən azalması da WTİ neftinin bahalaşmasına təsir göstərir. Kanadanın gündəlik 360 min barel neft hasil edən yataqlarından birində hasilatın dayanması ABŞ bazarına neft nəqlinin azalmasına səbəb olub. Əgər texniki problemlər aradan qalxmasa, gün ərzində WTİ markalı neftin qiymətində bahalaşma davaç edəcək.
Bu gün Amerika Neft İnstitutu ölkənin neft ehtiyatlarının həcminə dair növbəti həftəlik proqnozu açıqlayacaq. Bu proqnozlar bəzən özünü doğrultmasa da, çərşənbə axşamı birjalarda qiymətlərə ciddi təsir edir.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq