İranlı azarkeşlər Ronaldoya yatmağa imkan vermədilər
İranlı azarkeşlər bazar günü gecə saatlarında Portuqaliya yığmasının Saranskda məskunlaşdığı otelin önünə gələrək, səs-küy salmağa başlayıblar.
APA TV-nin “Marca”ya istinadən məlumatına görə, nəticədə Kriştianu Ronaldo otağının pəncərəsindən etdiyi jestlərlə yatmaq istədiyinə işarə vurub və onlardan sakitləşmələrini xahiş edib.
Fanatlar ulduz futbolçunun bu hərəkətini alqışlarla qarşılasalar da, onun istəyini yerinə yetirməyiblər.
Qeyd edək ki, Portuqaliya – İran matçı Saranskdakı “Mordovia Arena” stadionunda baş tutub. Hər iki komanda üçün növbəti mərhələyə adlamaq baxımından böyük əhəmiyyət daşıyan oyun 1:1 hesablı heç-heçə ilə bitib.
OXŞAR XƏBƏRLƏR
14:50
569
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
550
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
595
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1019
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
959
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1057