İsmayıllıda sərxoş kişi qonşusunu bıçaqlayıb
İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, İsmayıllı şəhər sakini, 1989-cu il təvəllüdlü Həsənov Etibar Ehtiram oğlu yaşadığı Rafiq Mehdiyev küçəsində şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı qonşusu, 1988-ci il təvəllüdlü Həsənov Ceyhun Ramazan oğlunu bıçaqlayıb.
C.Həsənov döş qəfəsindən və qarın nahiyəsində 3 bıçaq xəsarəti aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Atası Ramazan Həsənov bildirir ki, çoxlu qan itirdiyi üçün koma vəziyyətinə düşən C.Həsənov hazırda reanimasiya şöbəsindədir:
“İşdən gəlib yatmışdım. Birdən oğlum qan içində məni silkələyərək oyatdı və dedi ki, məni bıçaqlayıblar, məni tez xəstəxanaya çatdır. Küçəyə çıxdıq maşın saxlamaq istədik, lakin heç kəs maşını saxlamadı. Məcbur qalıb təcili yardıma zəng etdik, gəlib oğlumu apardılar. Vəziyyəti ağır olduğu üçün dərhal əməliyyata alıblar".
Hadisəni törədən E.Həsənov isə saxlanılaraq istintaqa təhvil verilib. Onun həmin vaxt sərxoş olduğu və aralarındakı davanın da nalayiq sözlərə görə baş verdiyi bildirilir. Deyilənə görə, E.Həsənov bir həftə əvvəl başqa bir qonşusu ilə dava edib və ona da bıçaqla xəsarət yetirib.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq