Prezident: "Azərbaycan Pakistandan daha çox hərbi texnika almaqda maraqlıdır"
Azərbaycan prezidenti İlham Əliyev iyunun 25-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Zübair Mahmud Hayatı qəbul edib.
APA TV-nin xəbərinə görə, prezident İlham Əliyev Zübair Mahmud Hayatın Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş hərbi paradda iştirak etmək üçün ölkəmizə gəlməsindən məmnunluğunu ifadə edib və bunu ölkələrimiz arasında qardaşlıq və tərəfdaşlıq əlaqələrinin göstəricisi kimi dəyərləndirib.
Ölkələrimizin hər zaman bir-birini dəstəklədiyini deyən dövlət başçısı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi səbəbindən Pakistanın Ermənistanla diplomatik əlaqələr qurmamasını yüksək qiymətləndirib və qeyd edib ki, bu, xalqlarımız arasında qardaşlığı nümayiş etdirir və Azərbaycan xalqı bunu yüksək dəyərləndirir.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirən prezident İlham Əliyev qeyd edib ki, ölkələrimiz arasında sıx siyasi əlaqələr mövcuddur və eyni zamanda müdafiə sahəsində də əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycan Pakistanla hərbi əməkdaşlığı daha da genişləndirmək və Pakistandan daha çox hərbi texnika almaqda maraqlıdır. Ölkələrimizin birgə hərbi təlimləri də bu məqsədə xidmət edir.
Zübair Mahmud Hayat Pakistan Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş hərbi paradda iştirakdan məmnunluq hissi keçirdiyini deyib, tədbirin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Xalqlarımız arasında sıx əlaqələrin mövcud olduğunu deyən Zübair Mahmud Hayat bu əlaqələrin tarixi və mədəni köklərə əsaslandığını söyləyib.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq