Oğuzda iki uşaq atası özünü güllələdi

Oğuzda iki uşaq atası odlu silahla özünü güllələyərək intihara cəhd edib.

 

APA TV-nin məlumatına görə, iyunun 24-ü axşam saat 17:00 radələrində rayonun Baş Daşağıl kənd sakini, 1973-cü il təvəllüdlü Rəsul Abbas oğlu Alməmmədov çiyin nahiyəsindən odlu silahla açılan atəş nəticəsində aldığı xəsarətlə Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

 
MRX-dan bildirilib ki, xəstəxananın cərrahiyə şöbəsində müalicəsi aparılan və iki uşaq atası olan Rəsul Alməmmədova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.
 

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Rəsul Alməmmədov yaşadığı evin yaxınlığındakı çaya gedərək, hələ ki istintaqa tam məlum olmayan səbəbdən ov tüfəngi ilə intihar etmək məqsədilə özünü güllələyib. Hadisə baş verən zaman Rəsul Alməmmədovun sərxoş olduğu bildirilir. Hadisə vaxtı istifadə olunan silah maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR