İmişlidə dəhşətli qəza: 1 ölü, 8 yaralı

İmişlidə baş verən avtomobil qəzası nəticəsində bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün şəhərin Abasqulu ağa Şadlınski küçəsində baş verib.

 

Sarıxanlı kənd sakini Babək Behbud oğlu Əsədovun idarə etdiyi “90 BB 693” dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil Şahverdili kənd sakini Elton Məmmədağa oğlu Əmirovun idarə etdiyi “Mercedes” markalı “90 SG 519” dövlət nömrə nişanlı avtomobillə toqquşub.

 

Nəticədə “VAZ-2107” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb, sərnişinlər - Sarıxanlı kənd sakinləri Rəşad Əsədov, Pencalı Babayev, Leyla Babayeva,  Minarə Babayeva, Coşqun Fərzalızadə, “Mercedes” markalı avtomobilin sürücüsü, Məmmədli kənd sakini Yusif Rəhimli və Nail Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər .

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR