Səudiyyə vəliəhdi ilə Netanyahu gizlicə görüşüblər - TRAMPIN KÜRƏKƏNİ ORDA OLUB
İsrailin baş naziri Benyamin Netanyahu ilə Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın İordaniyada gizli şəkildə görüşdüyü iddia edilib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, görüş Əmmandakı Kral Sarayında keçirilib. Danışıqları daha da aktual edən məsələ Donald Trampın baş müşaviri Cared Kuşnerin bu ölkəyə səfəri zamanı baş tutması olub .
Bununla bağlı yayılan daha bir informasiyada iki ölkənin diplomatik əlaqələri olmasa da, gizli məsləhətləşmələrin aparıldığı bildirilib.
Qeyd edək ki, bir qədər əvvəl şahzadə Məhəmməd bin Salman qərb mətbuatına müsahibəsində İsrail və Fələstinin öz torpaqlarında yaşamaq haqqının olduğunu, lakin sülhə nail olunmasının vacibliyini bildirib.
OXŞAR XƏBƏRLƏR
14:50
587
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
568
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
613
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1021
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
962
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1059