OPEC-də qarşıdurma - 3 BÖYÜK NEFT ÖLKƏSİ ETİRAZ EDİR

Birjalarda neft ucuzlaşıb.

 

APA TV-nin məlumatına görə, "Brent" neftinin qiyməti 1 barel üçün 74,31 dollar təşkil edib. WTI markasının dəyərini isə fyuçerslər 68,46 dollardan bağlayıb.

 

Xatırladaq ki, OPEC-in son toplantısında quruma daxil olan və olmayan dövlətlər hasilatın sutkada 1 milyon barel artırılması ilə bağlı razılıq əldə edib. Planlaşdırılan razılaşmanın bazarda müəyyən qədər disbalans yaradacağı ehtimal edilir.

 

WTI markasına gəlincə, onun qiyməti ABŞ-dakı neft ehtiyatlarının səviyyəsindən asılıdır. Daha dəqiq, Kuşinq terminalındakı ehtiyatların səviyyəsi bu markadan "qara qızıl"ın qiymətini diqtə edən səbəbdir.

 

Bir məqamı da vurğulamaq zəruridir ki, OPEC-in Vyanadakı sammitində hasilat artımı məsələsini Moskva  və Ər-Riyad dəstəkləyərək, bunu bazardakı vəziyyəti stabilləşdirmə cəhdləri ilə izah edib.

 

Bundan sonra hasilatın 1,5 milyon barelədək artırılması qərara alınıb.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı digər üzvləri qərarı dəstəkləməyə çağırsa da, İran, İraq və  Venesuela etiraz mövqeyindən çəkinməyib. Bağdad hasilat artımı qərarını sentyabr ayınadək yubatmağı təklif edib, rəsmi Tehran isə qərara kəskin etirazını bildirib.

 

Narazılıqlara rəğmən, hasilat artımı qərarının iyulun 1-dən qüvvəyə minəcəyi bildirilib.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR